Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
KONKRET.az xəbər verir ki, üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.
Görüş boyunca üstün olan təmsilçimiz 5:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda dördüncü medalını qazanıb.
Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə məğlub olaraq dünya çempionatını 5-ci yerdə başa vurub.
Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı dördə çatıb.