Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandıbackend

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın bu il yanvarın 1-nə 18 milyard 659,7 milyon manat təşkil etmiş daxili dövlət borcunun 9 milyard 506 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153,7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

KONKRET.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 17,5%-i 1 illik, 72,4%-i 2 və 3 illik, 10,1%-i isə 5 il və daha artıq müddətli olub.

Dekabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,47 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*