Azərbaycanın dövlət borcu nə qədərdir?backend

Azərbaycanın dövlət borcu nə qədərdir?

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 26 milyard 628.8 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6.6%-i qədər olub.

KONKRET.az “Report”a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin aprelin 1-i ilə müqayisədə 3.3% çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627.5 milyon manatı xarici, 18 milyard 1.3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar bir il əvvələ nisbətən müvafiq olaraq 11.1% az və 9.7% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*