Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlandıbackend

Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlandı

Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.7 milyard manat və ya 2025-ci il üzrə 130.6 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.

Bu barədə KONKRET.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dövlət borcunun 8.5 milyard manatı (5.01 miolyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.2 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

“2025-ci il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,4 faizini təşkil etmişdir”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*