Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 12 milyon 46 min 352,54 ton həcmində neft ixrac olunub.
Bu barədə KONKRET.az-a Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub.
Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-iyun ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
№ | Ölkələr | Miqdar (ton) | 2024-cü ilin yanvar-iyun aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2024-cü ilin yanvar-iyun aylarına nisbətən |
1 | İtaliya | 6 820 798,97 | +59,6 % | 3 602 341,97 | +32,4 % |
2 | Çexiya | 846 461,39 | +11 % | 449 595,51 | -8,4 % |
3 | Xorvatiya | 744 703,91 | + 26,74 % | 408 862,68 | + 8,7 % |
4 | Rumıniya | 685 972,26 | +2 dəfə | 378 039,37 | +1,8 dəfə |
5 | Portuqaliya | 576 034,89 | +1,6 dəfə | 310 369,1 | +37,7 % |
6 | Almaniya | 562 298,56 | +27,5 % | 302 374,09 | +3 % |
7 | Böyük Britaniya | 324 555,66 | +21 % | 141 319,15 | -12 % |
8 | İrlandiya | 243 468,25 | -* | 129 715,04 | -* |
9 | Yunanıstan | 232 396,39 | +1,8 % | 128 990,34 | -11 % |
10 | Niderland | 223 330,7 | +2,5 dəfə | 126 482,41 | +2,2 dəfə |
11 | Tailand | 137 785,75 | -63,4 % | 75 910,84 | -67,6 % |
12 | İndoneziya | 130 925,36 | +14 % | 72 131,22 | +4,2 % |
13 | Tunis | 125 674,35 | -51 % | 67 934,47 | -59 % |
14 | İsveçrə | 89 696,92 | -* | 53 857,85 | -* |
15 | Danimarka | 88 157,38 | -* | 49 689,27 | -* |
16 | Bolqarıstan | 79 260,85 | -* | 48 231,11 | -* |
17 | Avstriya | 90 177,31 | -* | 42 664,79 | -* |
18 | Türkiyə | 44 653,65 | -81 % | 20 809,84 | -84,4 % |
Cəmi | 12 046 352,54 | +8,5 % | 6 409 319,05 | -8,6 % |