Azərbaycanın sabiq dövlət başçısının qızı: o kimdir, hansı vəzifədədir? – FOTObackend

Azərbaycanın sabiq dövlət başçısının qızı: o kimdir, hansı vəzifədədir? – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında eyniadlı qurumun üzvü, iqtisadçı professor Elşad Məmmədovun Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun oğlu olduğu ilə bağlı xəbərlər diqqətləri bu ailənin üzərinə yönəldib.

KONKRET.az bildirir ki, məlumatlı mənbənin “Yeni Sabah”a bildirdiyinə görə, Elşad Məmmədov keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda Maliyyə Nazirliyinin rəhbəri olan Sahil Babayevin yaxın ətrafını təmsil edir. O, 2021-ci ilin fevralında, Sahil Babayevin  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə İctimai Şuraya üzv seçilib, bundan 1 ay sonra isə Şura sədrliyinə irəli çəkilib.

Mənbənin sözlərinə əsasən, Elşad Məmmədovun Maliyyə Nazirliyi yanında İctimai Şuraya da cəlb olunmasında Sahil Babayev faktoru əsas rol oynayıb. Ali Sovetin eks-spikeri Yaqub Məmmədovun biri qız, biri oğlan olmaqla, daha 2 övladı var. Onlardan biri atasının yolunu seçərək həkim kimi çalışır, digəri isə hüquqşünas peşəsinə yiyələnib. Eks-spikerin 1984-cü ildə anadan olmuş qızı Aytən Məmmədzadə Azərbaycan Tibb Universitetinin (ATU) məzunudur. O, əmək fəaliyyətinə 2003-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı kimi başlayıb, sonrakı illərdə ATU-da əvvəlcə baş laborant, daha sonra assistent, 2019-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərib.

Yaqub Məmmədovun qızı 2017–2020-ci illərdə universitetin Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsində müdir müavini vəzifəsində də çalışıb. O, 2021-ci ildən ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, 2022-ci ildən isə ATU-nun Daxili Xəstəliklər kafedrası I nəzdində Nefrologiya kursunun rəhbəri vəzifəsini icra edir.

Azərbaycanın sabiq dövlət başçısının qızı: o kimdir, hansı vəzifədədir? – FOTO

Aytən Məmmədzadənin elmi fəaliyyəti, əsasən, şəkərli diabet xəstələrində nefroloji problemlərin tədqiqi istiqamətindədir. O, tibb elmləri doktoru, professordur.

Yaqub Məmmədovun digər oğluna gəlincə, onun hüquqşünas işlədiyi deyilir. Mənbənin dediyinə görə, uzun müddət işsiz qalan oğlu üçün Yaqub Məmmədov Rusiyadakı şəxsi əlaqələrini istifadə edib. Bundan sonra o, “Lukoil” neft şirkətinin  Azərbaycandakı nümayəndəliyində hüquqşünas kimi işə başlayıb.

Qeyd edək ki, 1992-ci il martın 6-da prezident Ayaz Mütəllibov istefaya getdikdən sonra və ovaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov prezidentlik vəzifəsinin və səlahiyyətlərini icra etmişdi.

Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdü. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*