Azərbaycanın sərbəst güləşçisi dünya çempionu oldubackend

Azərbaycanın sərbəst güləşçisi dünya çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

KONKRET.az xəbər verir ki, Kənan Heybətov (70 kiloqram) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kiloqram) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*