Azərbaycanın tanınmış həkim kardioloq vəfat etdibackend

Azərbaycanın tanınmış həkim kardioloq vəfat etdi

Azərbaycanın tanınmış həkim kardioloq vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İlham Cəfərov 77 yaşında dünyasını dəyişib.

Həkim 1948-ci ildə Qazax rayonunun Quşçu-Ayrım kəndində anadan olub.

1969-1974-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb, 1975-1977-ci illərdə hərbi həkim kimi fəaliyyət göstərib. Uzun müddət Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həkim-kardioloq kimi işləyib. Daha sonra 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin olunub.

1998-2018-ci illərdə kardiorevmatoloji şöbənin müdiri olub. Fəaliyyəti dövründə bir sıra təltiflərə layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*