Azərbaycanın tanınmış professoru vəfat etdibackend

Azərbaycanın tanınmış professoru vəfat etdi

Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının professoru Aslan Məmmədli vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev məlumat verib.

“Xanımımın bibisi oğlu, Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli bu gün sübh saatlarında vəfat edib. Məlum xəstəlikdən. Həmyaşıd və həmkar (filoloq) idik. Qohumluğun ilk günündən dostluğumuz da başlanmışdı. Bəlli səbəblərdən son 15-20 ildə az-az görüşürdük… Şəhərdə doğulmuşdu, orta və ali təhsilini rus dilində almışdı. Amma Azərbaycanın hələ sivilizasiyanın dağıdıcı təsirlərinin  toxunmadığı ən ucqar kəndindən sanki yenicə gəlmiş bir gənc qədər saf, səmimi, təmiz, hətta bir az da sadədil  idi. Halal, gözü-könlü tox, iman və inam sahibi  bir ziyalı idi. Tövratı, İncili, Quranı gözəl bilirdi. Ölümü məni çox yandırır. İnsani və elmi potensialından tam istifadə edə bilmədi. Bəlkə də layiq olduğu, haqq etdiyi bir həyat yaşaya bilmədi. Hər şeyin yaxşısını Allah bilir” – V.Quliyev bildirib.  /Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*