Azərbaycanla Ermənistan arasında dəmiryolu əlaqələri bərpa oluna bilərbackend

Azərbaycanla Ermənistan arasında dəmiryolu əlaqələri bərpa oluna bilər

Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması, kommunikasiyaların açılması və bərpasında çox maraqlıdır, belə ki, bunun əsas benefisiarlardan biridir.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Əgər dəmiryolu əlaqələrindən danışsaq, ekspertlərin təxminlərinə görə, onun tikintisi azı iki il çəkə bilər. Amma biz, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə etməklə yükləri göndərib qəbul edə bilərik,”- deyə Mirzoyan qeyd edib.

O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*