Azərbaycanla İran arasında müştərək müəssisələrin yaradılması təklif edilirbackend

Azərbaycanla İran arasında müştərək müəssisələrin yaradılması təklif edilir

Azərbaycanla İran arasında birgə müəssisələrin yaradılması imkanları təşviq ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə martın 11-də Bakıda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində imzalanmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunda nəzərdə tutulur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xadəmi imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*