Azərbaycan və Oman Sultanlığı arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.
KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində öz əksini tapıb.
Qərara əsasən, işçi qrupa Salmanova Səbinə Qədir qızı rəhbər təklif olunur.