Zaqatala xəstəxanasına yeni baş həkim TƏYİNATIbackend

Zaqatala xəstəxanasına yeni baş həkim TƏYİNATI

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun imzaladığı müvafiq əmrlə Əfsələddin Buqayev “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu vəzifəni tutan Tamara Fəxrəddin qızı Nurəliyeva bu gün işdən çıxarılıb.

Əfsələddin Buqayev isə bu təyinata qədər “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*