Azərbaycanla oyundakı nəticəyə görə üzr istədibackend

Azərbaycanla oyundakı nəticəyə görə üzr istədi

“Azərbaycanla qarşılaşmada yaxşı çıxış edə bilmədik”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı”.

O, nəticədən razı qalmadığını bildirib:

“Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*