Ermənistanda Sotk kəndinin başçısı Sevak Xaçatryan saxlanılıb.
KONKRET.az publika.az-a istinadla xəbər verir ki, Şəhər Ağsaqqallar Şurasının “Birləşmiş Vardenis” müxalifət fraksiyasının rəhbəri David Şahnazaryanın da saxlanıldığı bildirilib. Hazırda başqa məlumat yoxdur.
İstintaq Komitəsi məlumatı “Sputnik Ermənistan”a dəqiqləşdirəcəyini vəd edib.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və daha 16 nəfər iyunun 25-də genişmiqyaslı axtarışlar və həbslərdən sonra həbs edilib. İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib. Qalstanyan və onun tərəfdaşları “terror aktları və kütləvi iğtişaşlar
hazırlamaqda, hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham olunurlar. Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin hesabatını şərh edərkən deyib ki, hüquq-mühafizə orqanları “ölkədə hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-klerikal” planın qarşısını alıblar”.