Azərbaycanla Türkiyə arasında daha bir protokol İMZALANDIbackend

Azərbaycanla Türkiyə arasında daha bir protokol İMZALANDI

Təhsil naziri Emin Əmrullayev Türkiyədə Maarif Fondunun rəhbəri Birol Akgünlə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Maarif Fondunun rəsmiləri iştirak edib.

Görüş zamanı Təhsil Nazirliyi ilə Maarif Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokol iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Maarif Fondunun tərkibinə 67 ölkədə fəaliyyət göstər 357 tədris müəssisəsi və 1 universitet daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*