Azərbaycanlı aktyor vəfat etdibackend

Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə aktyorun həmkarı İlham Əsədov sosial şəbəkə hesabında məlumat verib.

Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*