Azərbaycanlı alim vəfat etdi – FOTObackend

Azərbaycanlı alim vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının keçmiş dosenti, filologiya elmləri namizədi Elmira Həsənova 84 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya BDU-nun Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.

Qeyd edək ki, Elmira Həsənova 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1967-ci ildə “Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. 1976-cı ildə isə dosent elmi adını alıb. 1964-1967-ci illərdə Filologiya fakültəsinin qiyabi şöbəsində metodist, 1967-1970-ci illərdə Azərbaycan dilçiliyi kafedrasında müəllim, 1970-1976-cı illərdə baş müəllim, 1976-cı ildən həmin kafedranın dosenti vəzifəsində çalışıb. Əsas tədqiqat sahəsi Azərbaycan dilinin sintaksisi və mətn dilçiliyi ilə bağlı olub.

Onun “Müasir Azərbaycan dilinin morfologiyasından praktikum”, “Müasir Azərbaycan dilindən praktikum”, “Mürəkkəb cümlələrin polipredikativliyi” kitabları, “Mətnin linqvistik təhlili” (magistr pilləsi üçün), “Sadə cümlə sintaksisi” (magistr pilləsi üçün), “Sintaksis və mətn sintaksisi”, “Sintaksis”, “Mətn sintaksisi” (magistr səviyyəsi üçün) proqramları çap olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*