Azərbaycanlı dirijor Dağıstanın Xalq artisti oldubackend

Azərbaycanlı dirijor Dağıstanın Xalq artisti oldu

Azərbaycan əsilli dirijor Mirzə-Ağa Əsgərov Dağıstanın Xalq artisti olub.

KONKRET.az xəbər verir ki, bu barədə sözügedən ölkənin rəhbəri Sergey Məlikov fərman imzalayıb. O, mədəniyyətin inkişafında xidmətlərinə və uzun illər ərzində səmərəli fəaliyyətinə görə fəxri ada layiq görülüb.

Qeyd edək ki, Mirzə-Ağa Əsgərov Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən xorun baş dirijorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*