“Azərbaycanlı əsirlər barədə razılıq əldə olunub” – Ermənistan XİNbackend

"Azərbaycanlı əsirlər barədə razılıq əldə olunub" - Ermənistan XİN

“Azaraq əsir düşmüş azərbaycanlılar barədə razılıq əldə olunub, amma təfərrüatları deyə bilmərəm”.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 16-da jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

O deyib ki, əsir götürülən azərbaycanlıların Bakıda saxlanılan ermənilərlə dəyişdirilməsi barədə danışmaq tezdir.

“Bu barədə danışmaq hələ tezdir. Bilirəm ki, razılaşma əldə edilib, amma təfərrüatları deyə bilmərəm”, – Safaryan qeyd edib.

Avropa Şurasının rəhbəri Şarl Mişelin əsirlərin yaxın həftələrdə azad ediləcəyi ilə bağlı bəyanatına gəlincə, Safaryan Aİ-nin addımlarını gözlədiyini deyib.

“Bu, onlar tərəfindən də edilməlidir. Əgər o, belə açıqlama veribsə, yəqin ki, onların da addımları olacaq”, – deyə Safaryan fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*