Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Ömər Yaşar oğlu Bayramzadə 3 həftə əvvəl yaşadığı evdən ayrılıb və həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb.
Məlumata görə, məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.
Qeyd edək ki, Ö.Bayramzadə Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış.
