Stolüstü tennisçimiz Nihad Məmmədov “Ginnesin Rekordlar Kitabı”na düşüb.
KONKRET.az xəbər verir ki, seçmə komandamızın üzvü “Şüa İdman Kompleksi”ndə rekorda imza atıb.
Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.
Bu rekord türkiyəli Osman Gürcüyə məxsus idi (16.70 metr). N.Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.
