Salyanda avtomobillər toqquşdu – Yaralılar varbackend

Salyanda avtomobillər toqquşdu - Yaralılar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1968-ci il təvəllüdlü Qardaşxanova Natəvan Adil qızı və 1986-cı il təvəllüdlü Qardaşxanova Nuranə Cabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*