Azərbaycanlı idmançı rusiyalı həmkarını təhqir etdi: “rus donuzu”backend

Azərbaycanlı idmançı rusiyalı həmkarını təhqir etdi: “rus donuzu”

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Hardkor liqası turnirində rusiyalı Artur Kulinskini təhqir etdiyinə görə həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, son turnirdə Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o, səkkizbucaqlıda Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb.

Daha sonra Rzayev rusiyalı idmançıdan üzr istəyib. Bununla belə, azarkeşlər döyüşçünün ömürlük diskvalifikasiya olunmasını və təhqirlərə görə həbsini tələb edirlər.

Rzayevin pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. Kulinski isə dörd qələbə və altı məğlubiyyətə sahibdir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*