Almaniyada 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayev digər miqrantın evinə balta ilə soxularaq onu yataqda öldürüb.
KONKRET.az Bild-ə istinadən xəbər verir ki, hadisə Şimali Reyn-Vestfaliya əyalətinin Kalletal şəhərində baş verib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Mənbə yazır ki, Elçin Ağayev qətlə yetirilən şəxsin 2 və 5 yaşlı uşaqlarını girov götürərək maşınla qaçıb. Sonra isə maşını meşənin kənarında qoyub. Telefonu söndürdüyündən indi ona zəng çatmır.
Hazırda Elçin Ağayev axtarışa verilib.
Roman Göytürk,
KONKRET.az