Müğənni Musa Musayev müğənni xanımı və qızı ilə birgə “Rəngarəng”in qonağı olub.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, sənətçinin efirdə gücünü nümayiş etdirməsi müzakirələrə səbəb olub. Canlı yayımda kərpic qıran Musayev Təranə Qumralın rəğbətini qazanıb.
Müğənninin pəhləvanlıq bacarığa studiyadakıların alqışlarına səbəb olub.