Azərbaycanlı müğənni israilli münsifləri HEYRƏTLƏNDİRDİ – VİDEObackend

Azərbaycanlı müğənni israilli münsifləri HEYRƏTLƏNDİRDİ - VİDEO

Azərbaycan əsilli ifaçı Kama Kamila İsraildə keçirilən “X Factor Israel” yarışmasına qatılıb.

KONKRET.az xəbər verir ki, o, səsləndirdiyi kompozisiyası ilə münsifləri heyrətə gətirib. Kamilanın ifasını daha çox Avroviziya 2018-in qalibi Netta Barzilay bəyənib.

Kama Kamila mahnını ingilis və yəhudi dillərində ifa edib.

Sənətçi illər əvvəl İsrailə köçərək orada yaşamağa başlayıb. O, İsraildə ingilis, yəhudi və Azərbaycan dillərində ifa etdiyi mahnıları ilə tanınır.

Xatırladaq ki,“X Factor Israel” yarışmasının qalibi İsraili 2022-ci ildə keçiriləcək Avroviziya müsabiqəsində təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*