Azərbaycanlı pərəstişkarı müğənniyə 100 min dollarlıq hədiyyə bağışladıbackend

Azərbaycanlı pərəstişkarı müğənniyə 100 min dollarlıq hədiyyə bağışladı

Türkiyənin məşhur müğənnisi Bülent Ersoya konsert zamanı bahalı hədiyyə verilib.

KONKRET.AZ xəbər verir ki, Bostancı Mərkəzində səhnəyə çıxan müğənniyə Azərbaycandan gələn xanım pərəstişkarı 100 min dollar (170 min manat) dəyərində üzük verib.

Nigar adlı xanımın hədiyyə etdiyi üzüyün brilliant və saffirdən hazırlandığı deyilib. Üzüyü çox bəyəndiyini bildirən müğənni konsert zamanı pərəstişkarına təşəkkür etməyi də unutmayıb.

B. Ersoy KİV-in hədiyyə ilə bağlı verilən suallarını cavablandırarkən bildirib ki, “Qiymətini demərəm. Amma mən bahalı hədiyyəyə dəymərəm? Bu üzük xeyli pul tutar. Çox bahalı bir hədiyyədir”.

Qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*