Azərbaycan əsilli hərbi qulluqçu Ukraynada şəhid olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial mediada paylaşım edib.
O bildirib ki,1982-ci il təvəllüdlü, A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsinin sanitar təlimatçısı Mehdiyeva Əminə Əli qızı döyüş tapşırığı yerinə yetirərkən iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi ərazisində həlak olub.