“Azərbaycanlı rolunu oynadım, hamı məni “Ay balam” çağırdı” – Türkiyəli aktyorbackend

"Azərbaycanlı rolunu oynadım, hamı məni “Ay balam” çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb.

KONKRET.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış “Yarım elma” adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib.

“Dedilər azərbaycanlı kişi rolunu oynayacam. Huşəng xarakteri əslən Qarabağdan olan, İstanbula gəlib qapıçılıq edən saf, mehriban gənc xarakteri idi. O zamanlar azərbaycanlı roluna dair bir örnək yox idi, dili də bilmirdim. Rolda o qədər “ay balam” sözünü işlətmişdim, küçədə hər kəs adımı yox “Ay balam” deyib çağırırdı məni.

Məşhur serial bağlanır? – Özcan Dəniz Türkiyə cəmiyyətini parçaladı
56 yaşlı Nikol Kidman açıq libası ilə heyran etdi

Oxuduqca cırıldayırdı, dedim oxuma – Naibə Allahverdiyeva

Dəyişməyi sevən adamam. Dramatik rollar istəyirdim. Huşəng komik, zəif bir obraz idi. Ona görə vaxtında getmək yaxşıdır, bu rol üstümə yapışıb qalmasın deyə serialdan könüllü ayrıldım”,- deyə o bildirib.Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*