“Azərbaycanlı sahibkarların şirkətlərini və kapitalını ciddi təhlükə gözləyir” – İLGİNC AÇIQLAMAbackend

“Azərbaycanlı sahibkarların şirkətlərini və kapitalını ciddi təhlükə gözləyir” – İLGİNC AÇIQLAMA

Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dayandırmaq üçün  Avropa İttifaqı yalnız iqtisadi sanksiyalarla kifayətlənir. Lakin görünən odur ki, iqtisadi manevrlər Rusiyanı öz inadından döndərə bilmir. Belə ki, sanksiyalar yalnız Rusiyada fəaliyyət göstərən ayrı-ayrı şirkətlərə və şəxslərə maneədən başqa bir şey deyil. Bu mənada Azərbaycanlı sahibkarlar da qadağalardan təsirlənmiş olur. Yaxın günlərdə internet üzərindən virtual kartlar təqdim edən Azərbaycan startapı “Bankoff”a qarşı sanksiya tətbiq olunub. “Visa” və “Stripe” qlobal ödəniş sistemləri “Bankoff” kartlarına xidmət göstərməyi dayandırıb. “Bankoff”un öz resurslarının da bloklandığı bildirilir.

Bəs görəsən, növbəti mərhələdə Azərbaycanın digər şirkətlərinə də sanksiyalar tətbiq edilə bilərmi? Bunun bizim üçün hansı mənfi nəticələri ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, şirkətlərə dəyən zərərlərin hansı formada kompensasiya ediləcəyi hələlik bəlli deyil: “Rusiya hazırda Avropa tərəfindən ağır sanksiyalara məruz qalıb. Orada fəaliyyət göstərən istənilən ölkənin şirkətləri, müəssisələri, ayrı-ayrı şəxsləri və maliyyə resurslarına hər cür təhlükə mövcuddur. Bu qaçılmaz bir vəziyyətdir. Azərbaycan şirkətləri də burada istisna deyil. Şirkətlərə dəyən zərərlərin hansı formada kompensasiya ediləcəyi də hələlik bilinmir. Çünki sanksiyalar yağışı Rusiya ilə müttəfiq olan hər kəsə aiddir. Belə şirkətlərin sayı həddən çoxdur”.

Pərviz Heydərov: Azərbaycan iqtisadiyyatındakı inkişaf tempi davam edəcək |  1news.az | Xəbərlər

İqtisadçı bildirib ki, belə bir məqamda iki ölkə arasında mövcud iqtisadi-ticari əlaqələr həssas yanaşma tələb edir: “Prezident İlham Əliyev bu yaxınlarda Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycanla mövcud qarşılıqlı iqtisadi-əlaqələrə kəskin zərər vurmadığını söylədi. Lakin vəziyyət belə davam edərsə nəticələr daha pis olacaq. Avropa İttifaqı hazırda Rusiyaya yeni sanksiyalar paketi hazırlayır. Bu sanksiyalar getdikcə daha geniş arealı əhatə edəcək. Proses dərinləşdikcə Rusiyada fəaliyyət göstərən digər Azərbaycan şirkətləri də bundan təsirlənəcək. Bu mənada Azərbaycanlı sahibkarların şirkətlərini və kapitalını ciddi təhlükə gözləyir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*