Azərbaycanlılar Avropada ingilis dilini ən pis bilənlər SİYAHISINDA…backend

Azərbaycanlılar Avropada ingilis dilini ən pis bilənlər SİYAHISINDA...

Baş ofisi İsveçrədə yerləşən tanınmış beynəlxalq təhsil mərkəzi EF (Education First) dünya ölkələrində ingilis dili biliyi ilə bağlı araşdırmanın nəticələrini dərc edib.

KONKRET.az xəbər verir ki, 113 ölkə və regionda standartlaşdırılmış EF İngilis dili testlərindən keçən 2,2 milyon yetkin şəxsin nəticələri təhlil edilib. Azərbaycan dünyada 83-cü, Avropada isə sonuncudur. Misir də bizimlə birgə 83-cü yerdə qərarlaşıb.

Azərbaycanın irəlidə olduğu ölkələr sırasında Yaponiya, Meksika, Tailand və Səudiyyə Ərəbistanını xüsusi qeyd etmək lazımdır.

Postsovet məkanında 15 ölkədən 13-də (Latviya və Türkmənistan istisna olmaqla) tədqiqatlar aparılıb. Azərbaycan sakinləri ingilis dilini bilmələrinə görə qırğızları, özbəkləri, qazaxları və tacikləri qabaqlayaraq 9-cu yeri tuturlar.

Avropada EF 34 ölkəni təhlil edib. Azərbaycan 34-cü göstəriciyə malikdir. Qeyd edək ki, Avropa reytinqində yuxarıda adı çəkilən Latviya ilə yanaşı, bəzi Balkan ölkələri və Kipr də yer almayıb.

2022-ci ildə olduğu kimi yenə 1-ci yeri Hollandiya sakinləri tutub. İlk beşliyə Sinqapur, Avstriya, Danimarka və Norveç də daxil olub. Keçmiş SSRİ ölkələri arasında Litva liderdir. Estoniya ondan bir qədər geridədir.

Burhan,

KONKRET.az

  • Garachanta
    Dekabr 17, 2023 - 20:16

    rus dilini reklam edənlər arzularına çatıblar…340 məktəbdə rus bölməsi və s. gənclər heç Azərbaycan türkcəsini də bilmirlər…TV-lərdə bir normal film və ya veriliş yoxdur ki, təmiz Ana dilimiz millətimizin xromosomlarına hopdurulsun…heç internet xəbər saytları da dilimizin məsuliyyətini dərk etmirlər…küçə jarqon sözləri gənclərimizin adi danışıq tərzində yayılmaqdadır..məktəblər və universitetlər isə zatən batıblar

  • ilgar
    Dekabr 17, 2023 - 21:35

    doğru deyir

  • Haller
    Dekabr 18, 2023 - 12:59

    Evezinde rus dilini oz dillinden daha yaxsi bilirler…ve fexr de edirler…dilinin, milletinin adini bilmeyen, dilini mi bilecek ?!…Baki sanki bir rus seheridir…”fexr” etmekde davam edin…

  • Elçin
    Dekabr 18, 2023 - 15:55

    Budur Azərbaycanın inkişaf etmiş təhsili

  • Aga
    Dekabr 19, 2023 - 22:18

    İngilis mənim dilimi bilirki??? Birazda öz dilimizin hörmətin saxliyaq

Aga üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*