Gürcüstanda 27 əcnəbinin qanuni əsas olmadan ölkədə qaldığı müəyyən edilib.
KONKRET.az Qruziya Online-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hindistan, İraq, Misir, Banqladeş, Çin, Kamerun, Azərbaycan, Anqola, Qana, Pakistan və Türkiyə vətəndaşları olan həmin şəxslər Gürcüstandan çıxarılıb. Onların Gürcüstana girişi qadağan edilib.
Ötən ay Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla, 107 əcnəbi deportasiya olunub.