“Azərbaycanlılar Zəngəzurda möhkəmlənir, beton yollar çəkirlər” – Tatoyanbackend

"Azərbaycanlılar Zəngəzurda möhkəmlənir, beton yollar çəkirlər" - Tatoyan

“Azərbaycanlılar Zəngəzurda möhkəmlənir, beton yollar çəkirlər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib. O, çıxışında bildirib ki, Azərbaycanın hədəfləri dəqiq və bəllidir.

Tatoyanın sözlərinə görə, tezliklə Qarabağ erməniləri Azərbaycanla birgə yaşayışa yox, mühacir və köçəri olmağa üstünlük verəcək.

“Azərbaycanlılar Zəngəzurda güclənib. Keçmiş kiçik tikililər möhkəmləndirilib böyüdülür, beton yollar çəkilir. Qorxuram ki, yerli əhali buradan da getsin.

Bulaqlar, əkin sahələri, otlaqlar azərbaycanlıların nəzarəti altında olan ərazilərdədir. Buna görə də onlar oranı tərk etməli olacaqlar”, – deyə Tatoyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*