“Azəriqaz”ın quraşdırdığı sayğaclarla bağlı CİDDİ NARAZILIQbackend

"Azəriqaz"ın quraşdırdığı sayğaclarla bağlı CİDDİ NARAZILIQ

Tərəzidə çəkmək, nəyisə ölçmək həmişə “incə” məsələ olub.

Yeni quraşdırılan qaz sayğacları istehlakçıları ölçüdə aldadırmı?

Artıq “Azərişıq”-da baş verənlər indi də “Azəriqaz”-da müşahidə olunur.

“Azəriqaz”ın son zamanlar quraşdırdığı mexaniki elektron tipli sayğaclarla bağlı ciddi narazılıqlar yaranıb. Məlum olduğu kimi, “Azəriqaz” son iki ildir ki, normal vəziyyətdə işləyən smart-kart tipli sayğacları birdən- birə mexaniki-elektron tipli sayğaclara əvəzləməyə başlayıb. Problem də elə bundan sonra yaranıb.

Sosial mediada yazılanlar, “Azəriqaz” rəsmisinin bununla bağlı açıqlamalarından görmək olar ki, vətəndaşlar əvvəlki illərin uyğun ayları ilə  müqayisədə son aylarlda sərfiyyatla bağlı onlara iki qat borc yazıldığını bildirirlər.

Vətəndaşlar bunun güzəşətli limitin bitməsi ilə, pandemiya ilə heç bir əlaqəsinin olmadığını bildirir, məbləği az göstərmək üçün iki dəfə çek göndərildiyini qeyd edirlər.

“Azəriqaz” rəsmiləri bu cür iddialarla razılaşmır.

Düşünürəm ki, vətəndaşların istehlak etdiyi təbii qaz, elektrik enerjisi və digər resursların istifadə qaydalarına yenidən baxmağın zamanı çoxdan yetişib. Bu məsələlərdə vətəndaşlar və ekspertlərlə  təbii inhisar subyektləri arasında ciddi narazılıqlar, fikir ayrılıqları var. Hamı bilir ki, ölçmək, tərəzidə çəkmək “incə məsələdir”. Qaz sayğacları da xarici ölkədən alınıb gətirilir və bəlli alqoritmlərlə işləyir.

Ümumiyyətlə, qaz sayğacları ilə, tipindən asılı olmayaraq , istehlak olunan qazın həcminin dəqiq  ölçülməsi müxtəlif çoxsaylı parametrlərdən asılıdır. Əgər bu parametrlərdə, məsələn temperaturda hansısa standart gözlənilmirsə, onda sayğacın ölçdüyü həcm əlavə olaraq bəlli bir kəmiyyətə vurulmaqla yenidən hesablanır. Ümumiyyətlə, ölçmədə çoxsaylı parametrlər nəzərə alınmalıdır.

Odur ki aidiyyatı qurumların aşağıdakılara diqqət etməsi, düşünürəm ki, çox vacibdir:

1. “Azəriqaz”ın smart-kart tipli, normal işləyən sayğacları mexaniki-elektron sayğaclara dəyişməsi nə dərəcədə məntiqli və əsaslandırılmış olub ?

2. Ölkəyə daxil olan yeni saygacların metroloji və texniki ekspertizasında hansı qurumlar iştirak edib, prosesə kim nəzarət edib?

3. Yeni sayğacların ölkə daxilində test olunmasında kimlər iştirak edib (“Ölçmə vasitələrinin vəhdəti haqqında” qanunun və müvafiq qaydaların  tələbinə görə  bunlar açıqlanmalıdır

4. “Azəriqaz”-ın daxili informasiya sistemləri, billing sistemləri aidiyyatı dövlət qurumu tərəfindən audit olunubmu, qurumda şəffaflıq üçün hansı addımlar atılır ?

5. Yeni və köhnə sayğaclarda testlər, sınaq ölçmələri nə zaman aparılıb, xətalar nə qədər olub? Bu sınaq ölçmələrin nəticəsi haqqında məlumatı necə əldə etmək olar və s.

Düşünürəm ki, ciddi narazılıqların olmasını nəzərə alaraq, ümumiyyətlə bu sahədə şəffaf və ağlabatan həllər, nəzarət mexanizmləri yaratmaq üçün aidiyyatı dövlət qurumları tədbir görməlidir. İctimai nəzarət üçün imkanlar, mexanizmlər yaradılmalıdır

Diqqətlə yanaşsaq görmək olar ki, kütləvi narazılıq mənbəyi olan , smart və ya mexaniki olmasından asılı olmayaraq , adi bir müdaxilə ilə geniş kütlələrin narazılığını yaratmaq mümkün olan sayğac məsələsi həm də dövlət təhlükəsizliyi məsələsidir.

  • Namiq
    Yanvar 24, 2021 - 18:56

    Axı bir sual verən yoxdur ki, bəh-bəhlə alıb, tərifləyə-tərifləyə quraşdırılmış smart sayğaclar nə üçün dəyişdirilir ??? Axı onların alınıb gətirilməsi və quraşdırılması üçün külli miqdarda dövlət vəsaiti xərclənib.

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*