“Azəriqaz” rəsmisi Cahid Hüseynov barədə QALMAQALLAR səngimək bilmirbackend

“Azəriqaz” rəsmisi Cahid Hüseynov barədə QALMAQALLAR səngimək bilmir

6 ilin söhbətidir. 2015-ci ildə Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayev rüşvətə görə işdən çıxarılmışdı. Avqust aylarında məlum olmuşdu ki, Xəyyam Rzayev kabinetində rüşvət alıb və bu proses videoya çəkilərək “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə təqdim edilib.

Məsələdən hali olan o vaxtkı sədr Əkbər Hacıyev rəisi işdən qovmağa məcbur olmuşdu. Xəyyam Rzayevin əsas havadarı olan keçmiş baş hərbi komissar Əliağa Hüseynov buna görə Əkbər Hacıyevlə kəllə-kəlləyə gəlmişdi. O vaxt həmin rüşvət qalmaqalında “Azəriqaz”ın sədr müavini Cahid Hüseynovun da adı hallanmışdı.

Belə ki, Xəyyam Rzayev Şirvandakı Qaz İstismar Sahəsinin rəisi Anar Əhmədovun iştirakı ilə Adışirin Babaşovdan qardaşı Vurğunun vasitəsi ilə  48 min manat pul alaraq onun Hacıqabulun Ağacanlı kəndində yerləşən Quşçuluq fabrikinə qaz çəkmişdi. Fabrikə Şirvan Qaz İstismar Sahəsinin balansında olan qaz xəttindən 1400 metr uzunluğunda 400 diametrlik xəttin çəkilişində “Azəriqaz”ın texniki təmir şöbəsinin o vaxtlı müdiri, əslən Salyanın Yolüstü kəndindən olan Cahid Hüseynov da iştirak etmişdi. Qeyd edək ki, Salyanın mərkəzində yer üstü qaz borularının hamısının çıxarılaraq satılmasında Cahid Hüseynovun da adı hallandırılırdı.

KONKRET.az xatırladır ki, “Azəriqaz” sədrinin müavini Cahid Hüseynov adi məmurlardan sayılmır. Onun bir neçə şirkətinin olduğu deyilir, mülk və obyektləri ilə bağlı mediada vaxtaşırı məlumatlar dərc edilir.

Cahid Hüseynovun və qardaşı Cəfər Hüseynovun Türkiyə və Dubayda da əmlaklarının olduğu barədə yazılanlara isə ailə tərəfindən hələ ki, açıqlama verilmir. Onun “Azəriqaz” sədri ilə birgə istixana komplekslərini işlətməsi isə ayrıca bir mövzudur.

Qeyd edək ki, Cahid Hüseynovun kiçik qardaşı Cəfər Hüseynov barəsində də rayonda xoş olmayan söz-söhbətlər dolaşır. Bu barədə ciddi araşdırmalarımızdan sonra toplanan materialları dərc edəcəyik.

Göründüyü kimi, hansısa sehirli əl Cahid Hüseynovu “Azəriqaz” rəhbərliyinə qədər gətirib-çıxarıb.

Yəqin ki, bu barədə ölkənin müvafiq hüquq-mühafizə orqanları ciddi araşdırma aparacaq.

Natiq Səlim,

KONKRET.az

Redaksiyadan: Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

  • Gulsen
    Aprel 27, 2021 - 00:02

    Meni komek edin meqalenizle baqli insan ve qohumlari haqda size deyeceklerim var

    • Fadil Paşayev
      Aprel 27, 2021 - 09:40

      Redaksiyamızla əlaqə saxlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*