Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu vəzifə Afaq İbrahimovaya həvalə edilib.
O, bundan əvvəl şirkətlərin birində və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bölməsində (“UNDP Azerbaijan”) çalışıb.