“Azərsu” ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandıbackend

"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı

“Azərsu” ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*