“Azərsu”yun intihar edən əməkdaşı kimdir? – Qurumdan AÇIQLAMAbackend

“Azərsu”yun intihar edən əməkdaşı kimdir? - Qurumdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Azərsu” ASC-nin əməkdaşı Elxan Quliyev intihar edib.

KONKRET.az-a açıqlamasında qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, hadisə bu gün səhər saatlarında Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində baş verib.

Qurum rəsmisi qeyd edib ki, intihar edən “Azərsu” əməkdaşı ailəlidir və iki azyaşlı övladı var. Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində nasos qurğularının maşinisti kimi fəaliyyət göstərirmiş.

Anar Cəbrayıllı həmçinin bildirib ki, onun hansı səbəbdən intihar etdiyi bilinmir və hazırda prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*