Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Onun yerinə müavini, polkovnik Fərid Əsgərov təyin edilib.
KONKRET.az Fərid Əsgərovun dosyesini təqdim edir:
Fərid Əsgərov peşəkar karate mütəxəssidir. O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib, Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.
O, bir müddət Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub. Bu ilin fevral ayının 26-da Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini təyin edilib.
Fərid Əsgərov Bakı İdman Sarayının direktoru Əli Əsgərovun qardaşıdır. Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.