“Azpetrol” və “Lukoil”də yoxlamalar başladıbackend

"Azpetrol" və "Lukoil"də yoxlamalar başladı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmasına başlanılıb.

Yoxlamalar müvafiq dövlət qurumları tərəfindən “Azpetrol”, “Lukoil” və digər fərdi sahibkarlara məxsus yanacaqdoldurma məntəqələrində aparılır.

Müvafiq qurumlar tərəfindən aparılan ilkin yoxlamalar zamanı bəzi yanacaqdoldurma məntəqələrində nöqsanlar aşkarlanır, həmin müəsissələrə qarşı cərimələr tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanda və xüsusən bölgələrdə sürücülər sosial şəbəkələr, media vasitəsi ilə tez-tez yanacağın keyfiyyətinin aşağı olması, yanacağın bəzən az vurulması və digər məsələlərlə bağlı öz narazılıqlarını dilə gətirirlər.

Son günlər sosial şəbəkələrdə sürücülər “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) avtomobillərə yanacaq vurulduqdan sonra çənlərində su yığılması ilə bağlı iddia səsləndiriblər.

“Lukoil-Azərbaycan” QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az açıqlamasında faktı təsdiqləyib. O, bunu çənlərin birində texniki qəza ilə əlaqələndirib./Qaynarinfo

  • Namiq
    Dekabr 24, 2024 - 00:03

    Buna yalançının son çırpıntılrı da demək olar. Əgər çəndə deşik vardısa bu böyük təhlükə, fəlakət ola bilərdi. Həmin çənə maliyə baxımından yanacaq doldurulması mümkün deyil, buxarlanıb gedərdi. Kimi aldatmağa çalışırlar?

  • Smr
    Dekabr 27, 2024 - 22:22

    Shablon sozler. Belediyye deyir aradan qaldiracayiq. Azeryol deyir bu ilin butce tekliflerine salinib bu il duzeldeceyik. Ydm de deyir tezniki nasazliq. Bezmediniz tay bashqa cumleler ishledin.

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*