“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?backend

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?

“Avqustun ortalarından internetin minimum trafik sürətinin 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb. Amma abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İradlarında da haqlıdırlar. Təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır. Bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub. “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmadı. Bu da gözlənilən idi”.

KONKRET.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az-a söyləyib.

O deyib ki, “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Onun sözlərinə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil:

“Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.

  • Nazı
    Sentyabr 20, 2024 - 12:00

    Proqram vasitəsilə baxdım İnternetin sürəti 40 mb belə olmur .Qiymətlər aşağı düşsün .Camaatı aldatmayın

  • Rza
    Sentyabr 20, 2024 - 14:30

    Hec 40 mb verə bilmirlər…5 C olan cihazlardan 80 dən yuxarı qalxmır…

  • Elnur
    Sentyabr 20, 2024 - 15:44

    Mən bunula bağlı ölkəmizin cənab prezidentinə yazmışam birdə Mehriban xanım Əliyevaya yazmışam birdə Ombudsmana yazmışam ki bu isə baxılsın barələrində dərisi. soyulsun.Ehtiyatda olan Hərbiçi məni bütün aparatda oturanlar. taniyir. mən bunu belə .qoymayacam qala

  • Əfo
    Sentyabr 20, 2024 - 16:06

    Sürət 100mb/s deyil. Yalandan qiymət artımı ediblər. Halallıq yaxşı şeydi. O da başa düşənlər üçün.

  • Vüqar
    Sentyabr 20, 2024 - 18:01

    and olsun Allaha binə qəsəbəsində zəng etdim qaynar xettə ağzimdan çıxani dedim surə 43 Mbt idi.əməkdaş gəldi mhəlləyə dedi qardaş bizdik deyil suret vermirlər mən nə edə bilərəm.məni yolluyurlar guya nasazlığ var get bax.buda bizim ölkənin interneti.

  • Safi
    Sentyabr 20, 2024 - 20:21

    Dunyada internet suretli ve ucuz bizde ise zeyif ve baha. Deyen bu dunyadan deyilik.

  • Nadir
    Sentyabr 21, 2024 - 01:43

    Valav 43 sürət var Nabran

  • Kenan
    Sentyabr 21, 2024 - 01:44

    Salam 43 sürət Nabran

  • AH
    Sentyabr 21, 2024 - 08:25

    Bu ölkədə bütün qiymətlər niyə bahadır, çünki insana, öz vətəndaşlarına verilən dəyər çox ucuzdur…

  • Impulse
    Sentyabr 26, 2024 - 03:54

    Suret 100mb/ – Download 10mb/s Super verilen pula gore internet gelir. Cat6 kabeller isrifade edirik Ve Router ayarlarini ChatGPT ile idiala getirennen sonra elbet. 😋 Tesekurler Aztelecom ve Baktelecom

  • Adil
    Sentyabr 27, 2024 - 07:29

    Evvel 40 mb/s idi. qiymeti qaldırdılar yene süret 40 mb/s dir. Özümü lox kimi hiss edirəm. Şikayet etmey gelir elimizden onunda xeyri yoxdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*