Sosial şəbəkədə 310 saylı uşaq bağçasında müəllimin azyaşlını döyməsi ilə bağlı görüntülər yayılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib:
“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib. Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.
Aygün Mirakif
KONKRET.az