“B-2 Spirit” bombardmançıları İsrailə verilə bilərbackend

“B-2 Spirit” bombardmançıları İsrailə verilə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri İranın nüvə silahı yaratmağa cəhd edəcəyi təqdirdə ABŞ-nin “B-2 Spirit” strateji bombardmançılarının, eləcə də GBU-57 bunker əleyhinə bombalarının verilməsini təklif ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, konqresmenlər Coş Qotteymer (Nyu-Cersidən demokrat) və Mayk Louler (Nyu-Yorkdan respublikaçı) ABŞ Prezidenti Donald Trampa İranın nüvə silahı yaratmağa çalışacağı təqdirdə İsrailin bütün gözlənilməz hallara hazır olmasını təmin etmək üçün hərəkətə keçmək səlahiyyəti verən qanun layihəsi təklifini irəli sürüblər.

Telekanal qeyd edib ki, ABŞ-də 19 ədəd (ötən ilin məlumatı -red) B-2 bombardmançı təyyarəsi var və Vaşinqton bu təyyarələrdən heç birini müttəfiqlərinin heç birinə ötürməyib. Həmçinin qeyd edilir ki, İsrailin sərəncamında GBU-57 bombaları yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*