“Ermənistan hakimiyyəti 2025-ci ildən sonra Rusiya hərbi bazasını və rus sərhədçilərini tərk edə bilər”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, “silahlı qüvvələrin keçmiş komandanı”, general-leytenant Samvel Babayan deyib.
O bildirib ki, Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılsa, Rusiya sərhədçilərinin ərazini tərk edəcəyi barədə bəyanatı hələ tezdir.
“Ermənistan tam olaraq 2025-ci ildən sonra Rusiya bazası və rus sərhədçilərindən imtina edə bilər”- deyə Samvel Babayan əlavə edib.
Günel Mikayılova
KONKRET.az