Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşdibackend

Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşdi

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*