Əfv siyahısında məşhur dustaqların adları – Son qərar…backend

Əfv siyahısında məşhur dustaqların adları – Son qərar…

Yaxın günlərdə Prezident İlham Əliyevin növbəti əfv sərəncamını imzalayacağı gözlənilir. Hazırda əfv siyahısında həbsdə olan bir sıra məşhur şəxslərin olub-olmayacağı ictimaiyyətin maraq dairəsindədir. Bildirilir ki, bura keçmiş səfir Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev, Milli Şuranın üzvü Tofiq Yaqublu, Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev və sair kimi adlar daxil edilə bilər.

Qeyd edək ki, Prezident yanında Əfv Komissiyasının bu il artıq yeddinci iclası keçirilib. Ümumilikdə komissiya 600-dən çox müraciəti araşdırıb.

Sərəncamda hansı məşhur dustaqların adı ola bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, adlar barədə hələlik məlumatsızdır:

“Yalnız sərəncam dərc olunduqdan sonra biləcəyik. Çünki bu səlahiyyət ölkə başçısına məxsusdur və son qərarı da prezident verir”.

Mətbuat Şurasının (MŞ) sədri, Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid də bu barədə hər hansı məlumatının olmadığını bildirib.

  • Rashad
    May 23, 2025 - 19:04

    Adı cekilen şexsler devletden milyonlar talayanlar olub Resad dağlını azad etsinler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*