Bakının Səbail rayonunda, Badamdar qəsəbəsi ərazisində su borusu partlayıb, yolu su basıb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Məktəbli küçəsi ərazisində qeyd alınıb.
Hazırda qəsəbənin Seyran Məmmədov və Nurəddin Paşayev küçələri də su altında qalıb.
Hadisə nəticəsində nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.

