Fevralın 15-dən məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları fəaliyyətini davam etdirir.
KONKRET.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
V.Yaqublu qeyd edib:
“Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt, Abşeron və digər regionlarda uşaqlar hər gün bağçaya gedəcəklər”.