Bağdad Beynəlxalq Hava Limanındakı ABŞ diplomatik və logistika mərkəzinə zərbələr endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə AFP İraq təhlükəsizlik rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, səhərə qədər raket və dronlarla həyata keçirilən səkkiz ayrı hücum ABŞ mərkəzini hədəf alıb. Bəzi raketlər bazanın yaxınlığına düşüb.//Axar.az
